Türkiyədə qadın əməliyyatdan sonra ölüb.
Den.az lent.az-a istinadən bildirir ki, hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 uşaq anası olan 42 yaşlı Ahu Gültəkin 9 saatlıq estetik əməliyyatından sonra dünyasını dəyişib.
Məlumata görə, qadın hadisədən 1.5 ay əvvəl narkoz qəbul edərək 10 diş implantı etdirib. Daha sonra o, martın 22-də estetik əməliyyat üçün razılaşıb. Ancaq qadını martın 11-i üçün əməliyyata salacaqlarını deyiblər. Mərhumun qardaşı Mustafa Gültəkinin iddiasına görə, 3 saatlıq əməliyyat 9 saata yekunlaşıb. Qadın əməliyyatdan dərhal sonra ayaqyoluna getmək istəyib və yolda yıxılıb. Reanimasiyaya yerləşdirilən xəstə 5 gün sonra ölüb.
Qardaşının sözlərinə görə, əməliyyata professor doktor İ.Ö. girməli olsa da, onun asistanı F.G. prosesi həyata keçirib. Həmin asistanın azərbaycanlı olduğu bildirilir.
Mustafa Gültəkinin sözlərinə görə, bacısına 1.5 ay ərzində ikinci narkozun verilməsi onun ölümünə səbəb olub. Belə ki, ikinci narkozdan sonra qadının ürəyi dayanıb.
3 uşaq anası olan mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından sonra Sivasda torpağa tapşırılıb.
Hazırda ailəsinin şikayəti əsasında prokurorluq araşdırmalara başlayıb.
3 uşaq anası 9 saatlıq estetik əməliyyatdan sonra vəfat etdi - Azərbaycanlı həkim ittiham edilir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.