İzmirdəki klinikasında həyatını itirən 48 yaşlı qadın-doğum mütəxəssisi Özlem Gültekinin ölümü ilə bağlı yeni istintaq başladılıb.
Birsen Altuntaşın məlumatına görə, Gültekinin boşanma mərhələsində olduğu həyat yoldaşı Erhan Çelik prokurorluğa müraciət edərək bəzi şəxslərin uzun müddət ərzində həkimə yüksək dozada anestezik maddə təmin etdiyini və vurduğunu iddia edib.
Çelik ərizəsində Gültekinin evlilikdən əvvəl də asılılıq problemi yaşadığını, 2023-cü ildə bundan xəbər tutduqdan sonra onun Türkiyədə və xaricdə müalicə almasına çalışdığını, lakin nəticə əldə edə bilmədiyini bildirib.
O, daha əvvəl gündəmə gələn görüntülərlə bağlı da açıqlama verərək məqsədinin həyat yoldaşına zorakılıq göstərmək deyil, çantasında olan dərman və şprisi görüntüləmək olduğunu iddia edib.

Məlumata görə, Çelik son üç il ərzində Gültekinə maddə verdiyi və ya inyeksiya etdiyi iddia olunan şəxslərin adlarını və əlindəki sübutları İzmir Respublika Baş Prokurorluğuna təqdim edib. Bundan sonra istintaqa başlanılıb.
Digər tərəfdən, Özlem Gültekinin təxminən iki ay əvvəl İstanbul 13-cü Ailə Məhkəməsinin qərarı ilə Adli Tibb Qurumunda testdən keçməli olduğu, lakin bu testi etdirmədiyi də qeyd olunur.
Hazırda diqqət istintaqın gedişinə və Adli Tibb nəticələrinə yönəlib.

