apr
2024
17:05
100

Ən gənc qadın bələdiyyə sədri oldu

1 apr, 2024
17:05
100

Ən gənc qadın bələdiyyə sədri oldu

Çanaqqalanın Yenice mahalının Kalkım qəsəbəsində qeyri-rəsmi nəticələrə görə müstəqil namizəd Zeynep Çelik qalib gələrək bələdiyyə sədri olub.

Den.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yenicenin tanınmış iş adamlarından Mehmet Çelikin qızı 22 yaşlı Zeynep Çelik yerli idarələr seçkilərinə müstəqil olaraq daxil olub.  

Qeyri-rəsmi nəticələrə görə, seçkidə qalib gələn Zeynep Çelik Kalkım qəsəbəsinin bələdiyyə sədri olub. Nəticədə Çelik Türkiyənin ən gənc qadın bələdiyyə sədri adını qazanıb.  

Zeynep Çelik deyib: “Birgə səylərimiz və dualarımızla başladığımız bu xidmət yolunda dəstəyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Gələcək 5 ildə hər gün Kalkımə xidmət etməyə, xalqımızın qədrini bilməyə layiq birini gətirməyi borcum olduğunu bildiyim üçün sənə layiq olacam. Bu uğur bizim hamımızındır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar