Hindistanda keçmiş gözəllik kraliçası Tvişa Şarmanın həyat yoldaşı onun ölümündə ittiham olunur. Bu barədə India Today məlumat yayıb.
33 yaşlı modelin meyiti həyətində tapılıb. Polis əvvəlcə hadisəni intihar kimi qiymətləndirib, lakin ailəsi onun ölümündə həyat yoldaşının əli olduğunu bildirib. Məlumata görə, Şarma ölümündən əvvəl abort etdirib.
Mərhumun yaxınları polisin ilkin rəyilə razılaşmayaraq onun ölümündə əri Samart Sinqhi və onun ailəsini günahlandırıblar. Onların sözlərinə görə, model həyat yoldaşı və qayınanası tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalıb. İddiaya görə, ailə ondan daha çox cehiz tələb edib.
Şarmanın yaxınları həmçinin bildiriblər ki, mayın əvvəlində ərinin ailəsi onu xəyanətdə şübhələnərək hamiləliyi sonlandırmağa məcbur edib. İstintaq başlayandan sonra Sinqh yoxa çıxsa da, daha sonra özü polisə təslim olub və hazırda həbsdədir.

