Münasibətlərini mediadan uzaq yaşamağa üstünlük verən Ceyda Düvenci ilə Güçlü Mete evlənib. Cütlük nikah üçün Türkiyəni deyil, İsveçin paytaxtı Stokholmu seçib.
Tanınmış aktrisa və aparıcı Ceyda Düvenci həmkarı Bülent Şakrakla 8 il davam edən evliliyini 2023-cü ildə başa vurmuşdu.
Daha sonra radio aparıcısı Güçlü Mete ilə münasibətə başlayan Düvenci sevgisini nikahla rəsmiləşdirib.
Cütlüyün Stokholmda keçirilən nikah mərasimindən çəkilən fotoları sosial mediada yayılıb. Görüntülərdə Düvenci və Metenin xoşbəxt olduqları diqqət çəkib.





