Aktrisa Damla Sönməz təxminən üç ildir münasibətdə olduğu İlkay Akıncı ilə Boğazda keçirilən səmimi toy mərasimində evlənib.
Ailə arasında baş tutan nikah mərasimində cütlüyün yaxın dostları da iştirak ediblər. Sadə və zövqlü detalların üstünlük təşkil etdiyi mərasimdə qonaqlar onların xoş gününə şahidlik ediblər.

Damla Sönməz toyda seçdiyi sadə və zərif gəlinliyi ilə diqqət çəkib. Cütlüyün toy fotoları qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb, izləyicilər onlara çoxsaylı təbrik mesajları ünvanlayıblar.

