Elektron musiqi dünyasının tanınmış simalarından Anyma-nın sentyabrın 12-də İstanbulda keçirilməsi planlaşdırılan tədbiri ləğv edilib.
Sənətçinin səhnə performanslarında istifadə etdiyi bəzi görüntülərin satanist rituallarla əlaqələndirilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mübahisələrin getdikcə böyüməsindən sonra İstanbul Valiliyi tədbirin ləğv edilməsi barədə qərar qəbul edib.







