İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.
“Den.az” Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.
İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro stansiyalarına axın edib. Nəticədə izdiham yaşanıb.
Güclü qar və buz bağlaması səbəbindən bu gün bütün təhsil müəssisələrində tədris 1 gün müddətinə dayandırılıb.
İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.
Bu gün yağan qarın intensivliyinin artacağı və həftəsonu da davam edəcəyi proqnozlaşdırılır.
Sosial şəbəkələrdə qarın yollarda və metro stansiyalarında yaratdığı fəsadları əks etdirən görüntülər də yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Güclü qar İstanbulda həyatı iflic etdi - Video - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.