Türk xalq musiqisinin tanınmış simalarından Zara son görünüşü ilə diqqət mərkəzinə düşüb.
Məlumata görə, müğənni təxminən 20 kilo arıqlayıb.
Bildirilir ki, o, idman və sağlam qidalanma sayəsində formasını qoruyub.
Zara eyni zamanda stilində də yenilik edib və yeni imici ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Paylaşılan fotolardan sonra istifadəçilər arasında:
“Photoshopdur, yoxsa estetik əməliyyat?”kimi suallar gündəmə gəlib.
Müğənninin yeni görüntüləri qısa müddətdə geniş yayılıb və izləyicilər arasında ən çox danışılan mövzulardan birinə çevrilib.

