Türkiyəli aktyor Çağlar Ertuğrul bu dəfə rol aldığı layihələrlə deyil, gündəlik həyatında istifadə etdiyi dəbdəbəli saatla diqqət çəkib. Saatın qiymətinin təxminən 2 milyon 200 min türk lirəsi olduğu iddia edilir.
Sonuncu dəfə «Çirkin» serialında Kadir Tunalı obrazını canlandıran aktyorun restoranda yemək yeyərkən çəkilmiş fotosu sosial şəbəkələrdə marağa səbəb olub.
Fotoda Ertuğrulun qolunda görünən saatın məşhur lüks saat istehsalçısı Audemars Piguet markasına məxsus olduğu bildirilib.

Modelin brendin Royal Oak Chronograph seriyasına aid olduğu ehtimal edilir. Saat səkkizbucaqlı çərçivəsi, polad korpusu, metal qolbağı və xronoqraf göstəriciləri ilə seçilir.
Təxminən 41 millimetrlik polad korpusa malik model avtomatik mexanizm və sapfir şüşə ilə təchiz olunub.

Saatın bazar dəyərinin 2,2 milyon lirə civarında olduğu iddia edilsə də, istehsal ili, istifadə vəziyyəti və sənədlərinin mövcudluğu qiymətə təsir göstərə bilər.
Foto yayıldıqdan sonra sosial şəbəkə istifadəçilərinin diqqəti aktyorun geyimindən daha çox saatının modelinə və qiymətinə yönəlib.


