Beren Saat musiqi karyerasındakı ilk studiya albomu ilə gündəmə gəlib. Aktrisanın səhnəyə çıxması üçün yüksək məbləğli təkliflər aldığı iddia olunur.
Beren Saat tamamilə ingilis dilində olan 6 mahnıdan ibarət ilk studiya albomu “Exuberance”ı musiqisevərlərə təqdim edib. Albomun ikinci klipi olan “Honey Bee” yayımlandıqdan sonra 24 saat ərzində 500 mindən çox baxış toplayıb. Saatın musiqi karyerası sosial şəbəkələrdə də geniş müzakirə olunub.
Müge Dağıstanlının məlumatına görə, “CapitaliZoo” mahnısı ilə uzun müddət gündəmdə qalan və tənqidlərin hədəfinə çevrilən Beren Saata səhnəyə çıxması üçün ard-arda təkliflər gəlməyə başlayıb.

Məlumata görə, bəzi təşkilatçılar aktrisaya səhnə performansı üçün 2 milyon TL-yə qədər qonorar təklif ediblər.
Beren Saatın aktyorluqla yanaşı musiqi karyerasına da daha çox diqqət ayırması fonunda səhnə təkliflərinin artması diqqət çəkib. Məşhur aktrisanın yaxın gələcəkdə səhnə performanslarına başlayıb-başlamayacağı isə maraq doğurur.

