Türkiyəli aktrisa Beren Saat musiqi karyerasında ilk studiya albomunu təqdim edib, Habertürk yazır.
Saat bu ilin fevralında dinləyicilərə təqdim etdiyi “CapitaliZoo” adlı mahnısından sonra “Exuberance” adlı 6 mahnıdan ibarət albomunu yayımlayıb.
Aktrisa albomdakı ikinci klipini “Honey Bee” adlı mahnısına çəkib. Klip yayımlandıqdan sonra 24 saat ərzində 500 mindən çox baxış toplayıb.

Beren Saatın performansını bəyənənlər olduğu kimi, onu tənqid edənlər də olub.
Alboma “Honey Bee” ilə yanaşı, “Anyways”, “Horizon”, “Shero” və “Angel O’Clock” adlı mahnılar da daxildir.

