Türkiyəli müğənni Göksel kişilərlə bağlı daha əvvəl səsləndirdiyi və sosial mediada diqqət çəkən sözlərinə aydınlıq gətirib.
Zorlu Performans Sənətləri Mərkəzində keçiriləcək konsertindən əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçi bildirib ki, həmin ifadələr ciddi açıqlama deyil, sadəcə səhnəyə çıxmazdan əvvəl etdiyi zarafat olub.
Göksel daha əvvəl “Ürəyin bulanırsa, ya kreker yeyəcəksən, ya mahnı oxuyacaqsan, bir də kişilərdən uzaq duracaqsan” sözlərini işlətmişdi. Bu ifadə onun şəxsi həyatı və kişilərlə münasibətinə dair mesaj kimi şərh olunmuşdu.

Lakin müğənni kişilərdən uzaq durmaq kimi qərarının olmadığını xüsusi vurğulayıb.
“Kişilərdən uzaq durmağı düşünmürəm. Bu, hansısa açıqlama deyildi. Səhnəyə çıxmazdan əvvəl bəzən kulisdə xırda gərginliklər olur. Həmin gün də həqiqətən ürəyim bulanırdı”, – deyə Göksel bildirib.

