Türkiyəli meqastar Tarkan milli komanda üçün yeni mahnı hazırlayacağı ilə bağlı gözləntilərə aydınlıq gətirib.
Sənətçi yeni marş yazmaq niyyətində olmadığını bildirib. Tarkan qeyd edib ki, daha əvvəl “Bir Oluruz Yolunda” kimi bir mahnı ərsəyə gətirib və hazırda bu mövzuda yeni layihə planlaşdırmır.

“Bir Oluruz Yolunda” kimi bir mahnı yazmışam bir dəfə. Yenisini yazmaq kimi nə niyyətim, nə də düşüncəm var,— deyə Tarkan bildirib.

