Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu tarix qadınların hüquqları, bərabərlik uğrunda mübarizəsi və cəmiyyətə verdiyi böyük töhfələrin simvolu kimi qeyd olunur.
8 Martın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1910-cu ildə Almaniyanın tanınmış siyasi xadimi və qadın hüquqları müdafiəçisi Klara Setkin Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında qadınların hüquqlarına diqqət çəkmək məqsədilə xüsusi bir gün təsis olunmasını təklif etdi. Onun bu təşəbbüsü böyük dəstək qazandı və sonradan 8 Mart dünyanın bir çox ölkələrində qadınların həmrəyliyi günü kimi qeyd olunmağa başladı.

Bu gün qadınların cəmiyyətdəki rolu danılmazdır. Qadınlar elm, siyasət, incəsənət, təhsil, tibb və digər sahələrdə böyük uğurlara imza atır, cəmiyyətin inkişafına mühüm töhfələr verirlər. Eyni zamanda onlar ailənin, sevginin və qayğının simvoludur.
Ana, bacı, qız övladı və həyat yoldaşı kimi qadınlar həyatın ən dəyərli dayaqlarından biridir. Onların zəhməti, səbr və fədakarlığı cəmiyyətin möhkəmliyini və gələcəyini formalaşdırır.
Bu gün qadınların gücünü, iradəsini və cəmiyyətə verdiyi töhfələri bir daha xatırlamaq üçün xüsusi bir gündür.

