Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq.
Den.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.
Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin
(2018-ci ildə qadınlar 360,8 manat, kişilər 670,2 manat, 2019-cu ildə qadınlar 443,4 manat, kişilər 764,8 manat, 2020-ci ildə qadınlar 525,6 manat, kişilər 830,2 manat, 2021-ci ildə qadınlar 552,2 manat, kişilər 851,7 manat) aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur.
Kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.