Avqustun 31-də Azərbaycanda polis əməkdaşları tərəfindən 52 cinayətin üstü açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, açılan cinayətlərin 46-sı cari, 6-sı isə əvvəlki hesabat dövrlərinə aid olub.
Sutka ərzində axtarışda olan 133 nəfər, o cümlədən 96 borclu şəxs, həmçinin cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 13 nəfərin yerini müəyyən ediblər.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10, qanunsuz silah-sursat saxlama ilə bağlı isə 4 fakt aşkarlanıb.
Dələduzluqda şübhəli bilinərək axtarışda olan 11 nəfər də saxlanılıb.
Keçirilən tədbirlər zamanı 3 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 8 786 patron aşkar edilərək götürülüb.

