Avqustun 5-də polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 42 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, gün ərzində axtarışda olan 126 nəfər saxlanılıb. Onlardan 96-sı borclu şəxs, 5-i itkin düşmüş, 11-i isə dələduzluqda şübhəli bilinən şəxs olub.
Bundan başqa, hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 16 cinayət faktı aşkarlayıblar.
Həmçinin qanunsuz saxlanılan silah və sursatların aşkarlanması ilə bağlı 9 fakt qeydə alınıb. Bakı və müxtəlif rayonlarda 1 avtomat, 3 tapança, 11 ov tüfəngi, 5 daraq, 1 mərmi və 3 patron götürülüb.
Müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən daha 48 nəfər də saxlanılıb.

