Avqustun 7-də Azərbaycanda 44 qeydə alınmış cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sutka ərzində axtarışda olan 106 nəfər saxlanılıb. Onlardan 84-ü borclu şəxs kimi axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt, silah və sursatın qanunsuz saxlanılması və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

