Azərbaycanda 27 iyul tarixində 38 qeydə alınmış cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 faktın üstü açılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sutka ərzində axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 74-ü borclu şəxs, 6-sı itkin düşmüş, 10-u isə dələduzluğa görə axtarışda olan şəxslərdir.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 cinayət faktı müəyyən edilib. Polis əməkdaşları ümumi çəkisi 5,2 ton olan 15 119 yabanı çətənə kolunu aşkarlayaraq məhv ediblər.
Silah-sursatın qanunsuz saxlanılması ilə bağlı 6 fakt da üzə çıxarılıb. Bakı və müxtəlif rayonlarda 1 avtomat və 5 ov tüfəngi aşkar edilərək götürülüb.
Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

