Ötən gün polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 58 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olan ümumilikdə 158 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 144 nəfəri borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 26 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

