Xaçmazın Qarğalıq kəndinin sosial problemləri sarıdan dağ boyda dərdi var desek heçdə yanılmarıq. Belə olmasaydı ən azından kəndin daxili yolları bərbad vəziyyətdə olmazdı.
Burada yaşayan sakinlər Allaha dua edirlər ki , payız qış mövsümündə cənazələri düşməsin.Çünki onlar belə vəziyyətdə ölüsünü qoyub dirisinə ağamalı olurlar. Bu kəndin sakinləri illərdir ki , palçıqlı, gölməçəli yollarla mübarizə aparmaq məcburiyyətində qalıblar. Kəndin daxilində Qaraçayın üzərində olan yararsız körpü isə sakinləri daha çox narahat edir. Çünki çaya sel gəldiyi zaman bu körpü daha acınacaqlı vəziyyətdə olur.
Nəzərinizə çatdıraq ki, kənd daxili, eləcədə məhəllə daxili yollar yerli bələdiyyələrin İcra Hakimiyyətilərinin balansındadır.Yəni təmir işlərinə də sözü gedən qurumlar baxmalıdır. Amma bəzi bələdiyyə sədrləri ,İcra nümayəndələri işini vəzifəsini yalnız kresloda əyləşməkdə görürlər. Elə Qarğalıq kəndinin bələdiyyəsi sədri kimi.Bələdiyyə sədri Gulaməddin Quluyevlə telefon əlaqəsi yaratdıq. O bizə müsahibə verməkdən imtina etdi. Sizin mənə zəng etməyinizində kəndə gəlməyinizində nə məqsəd güddüyünü yaxşı bilirəm deyərək,şikayətçi sakinlərdən qəzəblənib onların axtarışına düşdü. Əziz bələdiyyə sədri nəzərinizə çatdıraq ki, bu günə kimi sujetlərimizdə məqsəd vətəndaşların şikayətlərini aydınlaşdırmaq , onların problemlərinə işıq saçmaqdan ibarət olub.Bu dəfə isə obyektimizi Qarğalıqlıların sosial problemlərinə tuşladıq. Sizə işlərinizdə uğurlar arzu edə bilməsəkdə ,Qarğalıq sakinlərə səbr diləyirik. Belə görünürki onlar hələ birazda bu, palçıqlı gölməçəli yollarla mübarizə aparmalı olacaqlar. Sakinləri narahat edən digər problemsə kənddə mövcud olan İbtidai məktəbin bağlanmasıdır. Məktəbin fəaliyyəsizliyindən əziyyət çəkən valideynlər uşaqları məktəbə ya qonşu kəndlərə,yadaki rayon mərkəzinə göndərməli olurlar. Üstəlik valideynlər özləri də şagirdlərlə birgə məktəbə gedib gəlməli olurlar. Quba- Xaçmaz Regional Təhsil idarəsi mövcud məsələyə aydınlıq gətirib.
Ümüd edirik, sakinlərin idarəyə müraciəti əsasında kəndin məktəb problemidə öz həllini tapar.
QARĞALIQ KƏNDİ UNUDULUB: Xaçmazda Bələdiyyə sədri Jurnalistin sullarından belə qaçdı-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.