Xaçmaz rayonu Çarxı kəndinin sakinləri içməli su sarıdan əziyyət çəkirlər.
"Den.az" bildirir ki, İllərdir ki, kənddə mövcud olan artizyan bulaqı quruyub.
Bu problemlə bağlı yerli sakinlər olaraq Xaçmaz rayon Çarxı kənd bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri iş yerində olmadığından ərazi icra nümayəndəsinə müraciət etdik.
Nümayəndəlikdən bildirdilər ki, həftənin 1-ci günü həmin suyu qruyan bulağa baxış keçiriləcək.
Günlər keçməsinə baxmayaraq bir quru vəd vermək üçün daşdan səs çixdi, amma Çarxı bələdiyyəsindən səs çıxmadı.
Sözü gedən problemlə bağlı, yerli sakinlər üçün əl çatmaz şəxsə çevrilən Çarxı kənd Bələdiyyə sədri Yaşar Hüseynovla telefon əlaqəsi yaratdıq. O, bildirdi ki, bununla bağlı mütəxəssis ilə məsləhətləşib mütəxəssis artiq bulağın yararsız olduğunu bildirdi.
Onuda qeyd edək ki, həmin bulaqa baxış keçirildiyni kənd sakinlərindən heç kəs görməyib .
Telefon bağlantısı zamanı bələdiyyə sədrinə bildirdik ki, Siz ən azından seçkili orqan olaraq kənd sakinlərinin yanında olmalısız. Sakinlərin sosial problemlərini dinləməlisiz, həllinə çalışmalısız.
Axı seçkilər vaxtı bu sakinlər Sizin üçün qohumlarınızdan da daha yaxın idilər.
Bəs indi nə oldu ?
Cavabında Yaşar Hüseynov bildirdi ki , men kəndin, rayonun deputatı deyilem ki, sakinlərin yanında olum.
Mənim öz işlərim var.
Həqiqətən maraqlı sual yaranır. Bəs ərazinin bələdiyyəsi olaraq Yaşar Hüseynovun işi nədən ibarətdir ? ? ?
Nüşabə Baxşıyeva
Bu kəndin sakinləri içməli sudan əziyyət çəkirlər -FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.