Bu barədə DEN.TV-ə kənd sakinləri məlumat verib.
Belə ki, kəndin əsas problemlərindən biri də mavi yanacağın olmamasıdır. Sakinlərin sözlərinə görə yaxın 2 km kəntdə mavi yanacaq olsada lakin, hələki bura mavi yanacaqla təmin olunmayıb.
Xaçmazın Qarğalıq kəndi üçün qış fəsilinin gəlməsi qayğıların iki qat artması deməkdir. Çünki kəntdə nə mavi yanacaq var nədəki odun tədarüki. Burada yaşayan Sakinlər istilik tələbatını odun yanacağı ilə ödəmək məburiyyətindədirlər .
Sakinlər bildirirki , bir maşın odunun qiyməti təxminən 350- 400 manata başa gəlir budaki hər sakinin imkanlarına uyğun gəlmir.Çarəslikikdən həyətlərindəki meyvə ağaclarını belə qırmaq məcbuiyyətində qalıblar.
Qarğalıq kəndində Mavi yanacağın olmamasından əziyyət çəkənlər sırasında şəhid anası Gülçöhrə Tağıyevada var . O bildirirki, odundan istifadə etmək həm əziyyətlidir həmdə baha başa gəlir . Şəhid anası bildirirki bu məsələylə bağlı aidiyyatı qrumlara dəfələrlə müraciət etsədə verilən vədlər istiqamətində hələki heç bir iş görülməyib .
Qarğalıq kəndinin nə vaxt mavi yanacaqla təmin olunacağı barədə Azəriqazın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə sorğu göndərdik.
Nüşabə Mikayılqızı