Su borusu iki gündən bir partlayır, yeni təmir olunmuş məhəlləarası yollar da məhz bu səbəbdən keçilməz hala düşür . Aidiyyatı üzrə müraciət olunsada , lakin su idarəsi əməkdaşları yalnız dəmir boruya taxta parçası vurmaqla guya təmir etmiş olurlar. Bu hal tez-tez təkrarlandığından sakinlər lap təngə gəlib.
Bu barədə Den.az-a Abşeron rayon Məmmədli kəndinin Alı Mustafayev küçəsinin sakinləri bildiriblər.
Onların sözlərinə görə, yay aylarında Məmmədli kənd bələdiyyəsi tərəfindən yol əsaslı təmir olunubmuş. Mütəmadi olaraq da mövcud problemlər adı çəkilən qurum tərəfindən aradan qaldırılır. Lakin su idarəsinin balansında olan dəmir su borusunun tez-tez partlaması Alı Mustafayev küçəsini keçilməz hala salıb. Mövcud məsələ ilə bağlı su idarəsinə edilən müraciətə isə yalnız bu cavabı verilib. İdarənin dəmir borunun 10 metr sahəsini təmir etmək üçün matrialı yoxdur. Ancaq partlayan hissələri taxta parçası ilə təmir edərək getməklə kifayətlənirlər. O da mütəmadi olaraq partladığından sakinlər əziyyət çəkirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Sistemi PHŞ nəzdində Baglar Sukanal idarəsindən Den.az-a bildirilib ki, qeyd edilən ərazi üzrə Alı Musafayev küçəsində olan boruların köhnəlməsi nəticəsində tez-tez qəzaların olmasına səbəb olur. Ərazi üzrə layihələndirmə işləri tamamlanmışdır.Tezliklə qəzalı vəziyyətdə olan boruların yenisi ilə əvəzlənməsi təmin ediləcəkdir.
Mövzuya yenidən qayıdacağıq...
Su borusunun partlaması səbəbindən Məmmədli kəndində yeni təmir olunmuş yol bərbad hala düşüb-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.