Abşeron rayonun Məhəmmədi kəndində kanalizasiya sularının aylardır küçə boyu axması yolları keçilməz edib.
Bu barədə “Den.az”-a sakinlər bildiriblər.
Kanazlizasiya suları küçə boyu axır. Yollar keçilməz vəziyyətə düşüb. Ərazidə üfunət iyi baş çartladır. Sakinlər bildirilər ki, mövcud vəziyyət ayalardır davam edir. Yollar bu səbəbdən keçilməz hala düşüb. Ətrafı pis qoxu bürüyüb. Aidyyatı üzrə müraciətlərinə isə baxan yoxdur.
Məhhəmmədi kəndində kanalizasiya suları səbəbindən nəinki mərkəzi küçələr, hətta yeni təmirdən çıxmış məhəlləarası yollarda bərbad hala düşüb.
Mövcud vəziyətdən İri Şəhərlərin Birləşmiş su təhcizatı xidməti Publik Hüquqi Şəxsin Bağlar Su Kanal İdarəsi də xəbərdardır. Adı çəkilən qurumdan bildirilib ki, qeyd edilən ərazi üzrə kanalzasiya şəbəkəsi mövcud deyil. Şəbəkə Bələdiyyə tərəfindən inşa edilmiş və onun xidməti ərazisidir. Buna rəğmən qeyd ərzidə tərəfimizdən mütəmadi olaraq xidmət göstərilir. Mövcud qəzanın aradan qaldırılması üçün əməkdaşlar hadisə yerinə cəlb olunub. Məhəmmədi kənd bələdiyyəsindən isə bildirdi ki, ərazidə kanalizasiya suları üçün deyil, qurunt sularının axıdılması məqsədi ilə onlar tərəfindən xüsusi drenaj xətti çəkilib.
Qeyd edək ki, Denaz.tv-nin müraciətindən dərhal sonra əraziyə həm Su Kanal İdarəsinin həmdə yerli bələdiyyə əməkdaşları cəlb olunub. Qəzanı aradan qaldırmaq üçün tədbirlər görürlər.
Kanalizasiya suları Məhəmmədi kəndinin əsas küçəsini keçilməz edib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.