Kürdəmirin Çərtəyəz kəndində olan yol problemi kənd camaatını təngə gətirib.Kənddə bir neçə idarə və təşkilat yerləşməsinə və hərəkətin həddindən artıq olmasına baxmayaraq bir dəfə də olsun kəndin yoluna asfalt örtüyü salınmayıb.
Bu barədə Den.az-a kənd sakinləri məlumat verib.
Kənd camaatı uzun illərdir ki, bu çətinliklərlə yaşamaq məcburiyyətində qalıblar.Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd camaatı bildirib.Kürdəmirin Çərtəyəz kəndi rayon ərazisindən 25 km aralıda yerləşir.Bu yolun 21 km-lik hissəsi Ağsu-Kürdəmir-İmişli yolu 4 km-lik hissəsi isə kənd yoludur. Kənddə 1500 nəfər sakin 200-ə yaxın ev var.Amma kəndin acınacaqlı olan yol problemi kənd camaatının gündəlik həyatının kabusuna çevrilib.Belə ki,Çərtəyəz kəndinə gedən yola nə sovetlər dönəmində nədə müstəqillik dövründə asfalt örtüyü salınmayıb.Kənddə istər piyadalar,istər sürücülər,istərsə də məktəblilər bu yolun yarasız və keçilməz olmağından çox əziyyətlər çəkirlər.Onların sözlərinə görə qışda palçıqdan,yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil.Yolda çalaların dərinliyidə bir başqa dərd.Sürücülər bu yolda hərəkət edən zaman yoldakı çalalar onlara avtomobillərini idarə etməkdə çətin anlar yaşadır.Onlar hər dəfə rayon mərkəzinə gedib gəldikdən sonra avtomobillərində texniki nasazlıqlar yaranır və hər dəfə əlavə xərcə düşməli olurlar.Yollarda yaranan bu dözülməz vəziyyət kənd camaatını təngə gətirib.Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələrdə bu günə kimi onların səsinə haray verən olmayıb.Sakinlərin dərdini dinlədikdən sonra rayonun Çərtəyəz kənd yolunun acınacaqlı və keçilməz vəziyyətdə olması ilə bağlı üz tutduq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, (kənd arası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır.Və bu proqram çərçivəsində Kürdəmir rayonu ərazisində son illər mühüm yol infrastrukturu layihələrinin icrası tərəfimizdən həyata keçrilib.O cümlədən qeyd olunan Çərtəyəz kənd yolununda yenidən qurulması nəzərdə tutulur.Belə ki, 27 km uzunluğa malik Çərtəyəz-Ərəbxana-Köhünlü-Söyüdlər avtomobil yolunun yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramına artıq salınıb.Və bu proqram çərçivəsində yaxın illər ərzində həmin kənd yollarının yenidən qurulması tərəfimizdən icra olunacaq.)Beləcə qurum rəsmisinin sözünə inansaq kənd camaatı az bir müddətdə gözləməli olacaqlar ki,kəndə yeni asfalt örtüyü salınsın.Mövzunu diqqətdə saxlayacağıq.
KÜRDƏMİRİN ÇƏRTƏYƏZ KƏNDİNİN BƏRBAD YOLUNA AİDİYYATI QURUMLAR NİYƏ BİGANƏ YANAŞIR?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ
- РњРѕР№ Р В Р’В Р РЋРЎв„ўР В Р’В Р РЋРІР‚ВВВВВВВВРЎР‚
- Blogger
- Viber
- Telegram
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.