İstanbul Baş Prokurorluğu şəhərin keçmiş meri Əkrəm İmamoğlu barəsində yeni casusluq işi başladıb.
DenMedia.az xəbər verir ki, bu barədə Habertürk telekanalı məlumat yayıb.
İstintaqa həmçinin onun seçki qərargahının sabiq rəhbəri Nəcati Özkan və Tele 1 telekanalının baş redaktoru Mərdan Yanardağ da daxil edilib.
24 oktyabr səhəri Tele 1-in ofisində axtarışlar aparılıb, jurnalist həbs edilib. İstintaqçılar eyni zamanda onun evində də dəlilləri müsadirə ediblər.
Məlumata görə, İmamoğlu, Özkan və Yanardağ xarici dövlətlər xeyrinə casusluqda və qanunsuz gəlir məqsədilə cinayətkar təşkilat yaratmaqda şübhəli bilinir.
İş materiallarında məxfi hərbi sənədlər və xarici pasportların surətləri də yer alıb.
Hazırda korrupsiya işi üzrə həbsdə olan İmamoğlu yeni istintaq çərçivəsində yenidən dindiriləcək.

