İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində daha 53 şübhəlinin saxlanılmasına qərar verilib.
Den.az xəbər verir ki, bununla bağlı keçirilən yeni əməliyyat zamanı İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa, eləcə də Əkrəm İmamoğlunun xüsusi katibliyinin müdiri Kadriye Kasapoğlu da daxil olmaqla, 47 nəfər saxlanılıb. Şübhəlilərin ev və iş yerlərində axtarışlar davam edir.
Qaçan digər 6 nəfərin tutulması üçün işlər aparılır.
Xatırladaq ki, İBB-yə qarşı ilk əməliyyat martın 19-da keçirilib. Bu əməliyyat zamanı saxlanılan 94 şübhəlidən 54-nün həbsinə qərar verilib.