Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanışina bildirib ki, Kiyevin “Tomahawk” raketlərini alma ehtimalı ilə bağlı danışıqlar “pozitiv məcrada” davam edir.
“Müzakirələr hələ də gedir, lakin ABŞ-dan daha böyük hərbi imkanların alınması üçün maliyyə resurslarını artırmaq üzərində çalışan bir neçə nümayəndə heyətimiz var. Bu yalnız Tomahawk deyil, həm uzaqmənzilli, həm də qısamənzilli digər raket növlərini də əhatə edir. Yeganə deyə biləcəyim odur ki, vəziyyət kifayət qədər müsbətdir,” – deyə diplomat vurğulayıb.
CNN-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyi “Tomahawk” raketlərinin Ukraynaya verilməsinə ilkin razılıq verib. Pentaqon hesab edir ki, bu addım ABŞ arsenalına mənfi təsir göstərməyəcək. Raketlərin göndərilməsi ilə bağlı yekun qərarı prezident Donald Tramp verəcək.

