ABŞ-da Ukraynaya müasir silah tədarükünün dayandırılması çağırışı edilib.
DenMedia.az xəbər verir ki, bu barədə The American Thinker (AT) nəşri məlumat yayıb.
Məqalə müəlliflərinin fikrincə, yeni silahların döyüş zonasına göndərilməsindən imtina ABŞ prezidenti Donald Trampa Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərmək üçün əlavə imkan verə bilər.
23 oktyabrda Zelenski bəyan etmişdi ki, Kiyev “Tomahawk” qanadlı raketlərini bu silaha malik olan Avropa ölkələrindən almağa çalışır. Onun sözlərinə görə, Ukrayna artıq “yardım göstərə biləcək ölkələrlə” danışıqlar aparır.
Daha sonra məsələ ilə bağlı NATO-nun baş katibi Mark Ryutte açıqlama verib. O qeyd edib ki, Kiyevə hansı silahların verilməsinə dair qərar yalnız alyans üzvü dövlətlərin səlahiyyətindədir. Buna görə də “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsi qərarını yalnız ABŞ verə bilər; NATO-nun bu sahədə səlahiyyəti yoxdur.
Bu arada Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, əgər Ukrayna ABŞ istehsalı “Tomahawk” raketlərindən istifadə edərsə, Rusiya ordusu “sarsıdıcı cavab” verəcək.

