ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsindən imtina etməklə düzgün qərar verib.
Denmedia.az xəbər verir ki, bu barədə The Hill qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, Vladimir Zelenski Vaşinqtona səfəri zamanı Trampdan bu raketləri ala bilməyib və “prezident tamamilə doğru addım atıb”.
Nəşrin fikrincə, belə silahların ötürülməsi ABŞ-ı Moskva və Kiyev arasındakı münaqişəyə birbaşa cəlb etmək riski yaradır.
Daha əvvəl The Wall Street Journal yazmışdı ki, Tramp Ağ Evdə Zelenski ilə görüş zamanı “Tomahawk”ların yaxın vaxtlarda verilməyəcəyini bildirib. Onun əsas prioriteti münaqişənin dayandırılması olub. Tramp həmçinin “heç bir konkret ərazi nəticəsinə bağlı olmadığını” da vurğulayıb.