Axios-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Dik Çeyninin dəfninə dəvət olunmayıb.
Portal yazır ki, bu qərarın səbəbi Çeyni ailəsi ilə Tramp arasında 2021-ci il 6 yanvar Kapitoli basqınından sonra yaranan ciddi gərginlikdir.
O da bildirilir ki, Dik Çeyni noyabrın əvvəlində 85 yaşında vəfat edib. Onun ölümü pnevmoniya və ürək xəstəliyinin yaratdığı ağır fəsadlarla bağlı olub.

