Avropa artıq ABŞ-ı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Donald Tramp tərəfindən irəli sürülən plana görə müttəfiq hesab edə bilməz. Bunu Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Diplomat diqqəti ona yönəldib ki, Amerika Birləşmiş Ştatları Avropanın birbaşa təhlükəsizliyinə aid məsələlərdə onunla məsləhətləşmələr aparmır.
Borrellin fikrincə, Avropa İttifaqı ABŞ siyasətindəki dəyişiklikləri qəbul etməli və
“müvafiq şəkildə reaksiya verməlidir”.
Keçmiş avrodiplomat hesab edir ki, “Trampı yumşaq davranışla razı salmaq siyasəti” iflasa uğrayıb.
O əlavə edib ki, Trampın hərbi xərclər, rəqəmsal tənzimləmənin zəiflədilməsi, çoxtərəfli vergi siyasəti və enerji daşıyıcılarının tədarükü sahəsindəki tələblərinə edilən güzəştlər heç bir nəticə verməyib.
Ötən həftə ABŞ Ukrayna üzrə 28 maddədən ibarət nizamlanma planı təqdim etmişdi. Sənəd həm Ukraynada, həm də Avropada narazılıq doğurub.

