DenMedia.az xəbər verir ki, Avropa İttifaqının keçmiş diplomatiya rəhbəri Jozep Borrell sosial şəbəkə X-də yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası dövründə Vaşinqton artıq Avropa İttifaqının müttəfiqi kimi nəzərdən keçirilə bilməz. Belə qiymətləndirməyə ABŞ-ın yaxınlarda açıqladığı, Ukrayna üzrə 28 bəndlik sülh planı səbəb olub.
Keçmiş rəsminin sözlərinə görə, Amerika tərəfinin addımları Avropa tərəfdaşlarına qarşı tam etinasızlığı nümayiş etdirir. Diplomat vurğulayıb ki, Aİ-nin təhlükəsizliyinə birbaşa təsir edən əsas məsələlər artıq Brüssellə hər hansı məsləhətləşmə olmadan həll olunur.
Məqalədə Borrelldən belə sitat gətirilir:
“Avropa ABŞ siyasətində baş verən bu dönüşü qəbul etməli və müvafiq şəkildə reaksiya verməlidir.”

