Rusiya Prezidenti Vladimir Putin India Today telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla digər dünya liderlərinin fəaliyyətinə prinsipial olaraq qiymət vermədiyini bildirib.
Müvafiq sualı cavablandırarkən Rusiya lideri vurğulayıb ki, belə qiymətləri həmin ölkələrin vətəndaşları seçkilərdə verməlidir.
“Mən heç vaxt öz həmkarlarıma qiymət vermirəm. Bu qiyməti öz liderləri üçün səs verən vətəndaşlar verməlidir.”
Həmçinin müsahibədə Vladimir Putin qeyd edib ki, Tramp Ukrayna üzrə nizamlanmada konsensus tapmaq yollarını axtarır, lakin bunun çox çətin bir məsələ olduğunu vurğulayıb.

