29 dekabr tarixində ABŞ Silahlı Qüvvələri beynəlxalq sularda bir gəmiye qarşı güc əməliyyatı həyata keçirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi kəşfiyyat məlumatlarına əsasən narkotik daşınması ilə məşğul olan terrorçu təşkilatlara məxsus gəmi olub. Əməliyyat ABŞ-ın müdafiə naziri Pit Hegsetin göstərişi ilə “Cənub nizəsi” adlı birgə operativ qrup tərəfindən icra edilib.
Hücum Sakit okeanın şərq hissəsində, narkotik qaçaqmalçılığı üçün tanınan marşrutlar üzərində baş verib. Rəsmi açıqlamaya əsasən, əməliyyat nəticəsində iki ehtimal olunan narkoterrorçu zərərsizləşdirilib.
“Beynəlxalq sularda terrorçu təşkilatlara məxsus gəmiye qarşı ölümcül kinetik zərbə endirilib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, gəmi Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün tanınmış marşrutlarla hərəkət edib və narkotik daşınmasında iştirak edib”, — deyə açıqlamada bildirilib.
ABŞ tərəfi əməliyyat zamanı itkilərin olmadığını vurğulayıb. Bildirilir ki, bu addım Vaşinqtonun narkokartellərin fəaliyyətinin qarşısını almağa yönəlmiş və terrorçu təşkilatlar kimi qiymətləndirdiyi qruplara qarşı həyata keçirdiyi əməliyyatlar silsiləsinin davamıdır.

