Meksikada geniş rezonans doğuran “El Mencho” əməliyyatı ilə bağlı yeni və mühüm detal açıqlanıb.
Karoline Leavitt rəsmi şəkildə bəyan edib ki, narkotik baronu Nemesio Oseguera Cervantesin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyat zamanı ABŞ Meksika hökumətinə intensiv kəşfiyyat dəstəyi göstərib.
Ağ Evin sözçüsü vurğulayıb ki, bu əməliyyat iki ölkə arasında yüksək səviyyəli təhlükəsizlik əməkdaşlığının nəticəsidir. Onun sözlərinə görə, ABŞ tərəfi əməliyyatın uğurla başa çatmasında kəşfiyyat məlumatlarının ötürülməsi və koordinasiyalı fəaliyyətlə mühüm rol oynayıb.
Leavitt bildirib ki, “El Mencho” fentanil qaçaqmalçılığı şəbəkəsində əsas fiqurlardan biri idi və bu səbəbdən həm ABŞ, həm də Meksika üçün yüksək prioritetli hədəf hesab olunurdu.

