Braziliyanın sabiq prezidenti Jair Bolsonaro xəstəxanadan buraxılıb və yenidən həbsxanaya qaytarılacaq. Bu barədə G1 məlumat yayıb.
Nəşrin yazdığına görə, ölkənin keçmiş prezidenti 1 yanvar, cümə axşamı xəstəxanadan çıxarılıb.
Məlumatda qeyd olunur ki,
o, dövlət çevrilişinə cəhd işi üzrə cəza çəkdiyi həbsxanaya qaytarılır.
Bolsonaruya xəstəxanada ikitərəfli qasıq yırtığı və uzunmüddətli hıçqırıqla bağlı bir neçə cərrahi əməliyyat aparılıb. Onun vəkilləri sabiq prezident üçün ev dustaqlığı tətbiq olunması barədə müraciət etsələr də, Braziliya Ali Məhkəməsi bu tələbi rədd edib.
Qeyd edək ki, Bolsonaru noyabrın sonlarında həbs edilib. O, dövlət çevrilişinə cəhd və cinayətkar qruplaşmaya rəhbərlik ittihamları üzrə 27 il həbs cəzası çəkir. Məhkəmə hökmü sentyabr ayında çıxarıb. Ali Məhkəmənin beş hakimindən üçü sabiq prezidentin təqsirli bilinməsini dəstəkləyib.

