Braziliya Senatı ölkənin sabiq prezidenti Jair Bolsonaronun 27 illik həbs cəzasının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verən qanun layihəsini təsdiqləyib. Müxalifətin dəstəklədiyi təşəbbüs dövlət çevrilişinə cəhdlə bağlı məhkum edilən şəxslərə şamil olunur. Bu barədə Reuters agentliyi xəbər verir.
Yeni qanun layihəsi demokratik quruluşa qarşı cinayətlərə görə verilmiş cəzaların yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Parlamentin yuxarı palatasında sənədin təsdiqlənməsi onun yekun qəbuluna yol açır, lakin Ali Məhkəmənin və hazırkı prezident Luis İnasiu Lula da Silvanın müqaviməti gözlənilir. Lula sənədə veto qoya bilər.
Dəyişikliklər, xüsusilə 2023-cü ilin yanvarında baş verən iğtişaşlarda iştirak və çevrilişin planlaşdırılması ilə bağlı məhkum edilmiş şəxslər üçün cəza müddətlərinin və saxlanma şərtlərinin yüngülləşdirilməsini təklif edir. Bolsonaronun tərəfdarları hökmü siyasi motivli adlandırır və yeni qanunun 70 yaşlı siyasətçinin xeyli daha tez azadlığa çıxmasına imkan verəcəyinə ümid edirlər.

