DenMedia.az Bloomberg-ə istinadən xəbər verir ki, Braziliya senatı üzvü Flavyu Bolsonaru bildirib: onun atası, ölkənin keçmiş prezidenti Jair Bolsonaru, onu 2027-ci il prezident seçkilərində namizəd kimi dəstəkləyib.
Keçmiş prezidentin tərəfdarı, Braziliyanın Liberal Partiyasının rəhbəri Valdemar Kosta Netu açıqlamasında deyib:
“Təsdiqləndi. Flavyu mənə dedi ki, bizim kapitan onun namizədliyini rəsmən təsdiq edib.”
Flavyu Bolsonaru 2019-cu ildən senatordur və 44 yaşı var.
Keçmiş prezident 70 yaşlı Jair Bolsonaru isə noyabr ayında dövlət çevrilişinə cəhd və cinayətkar təşkilata rəhbərlik işi üzrə 27 il həbs cəzasını çəkməyə başlayıb.
Agentlik xatırladır ki, ittiham tərəfinin versiyasına görə, Bolsonarunun rəhbərlik etdiyi qrup 2022-ci il prezident seçkilərində məğlubiyyətdən sonra prezident Luiz İnasiu Lula da Silvanı, vitse-prezident Jeraldu Alkmini və Ali Məhkəmənin hakimi Aleşandri di Moraisi öldürməyi planlaşdırırdı.
Jair Bolsonaru isə bildirir ki:
“Heç vaxt qanuna zidd heç nə etməmişəm.”

