Həbs cəzası çəkən Braziliyanın sabiq prezidenti Jair Bolsonaro əsas siyasi rəqibini ailəsi vasitəsilə kənarlaşdırmaq qərarına gəlib. Bu barədə Bloomberg yazır.
Agentliyin qeyd etdiyinə görə, özü namizəd olmaq imkanından məhrum olan Bolsonaru bu missiyanı **böyük oğlu, senator Flavio Bolsonaro**ya tapşırıb. Onun qarşısında duran əsas vəzifə isə hazırkı solçu prezident **Luiz Inacio Lula da Silva**ya siyasi mübarizə aparmaqdır.
Nəşr xatırladır ki, Bolsonaru Ali Məhkəmənin qərarı ilə 2022-ci il seçkilərindən sonra dövlət çevrilişinə cəhd ittihamı ilə günahkar bilinib və 27 il həbs cəzasına məhkum edilib.
Bolsonaru siyasi karyerası boyunca epataj davranışı, ziddiyyətli açıqlamaları və ABŞ prezidenti **Donald Trump**a açıq dəstəyi ilə tanınıb. Məhz buna görə media onu tez-tez “tropik Tramp” adlandırırdı. Bununla belə, Tramp Bolsonaru həbs edildikdən sonra ona dəstək verməkdən imtina edib.

