Braziliyanın Ali Məhkəməsi Trampın andiçmə mərasimində iştirak etmək istəyən keçmiş prezident Jair Bolsonaronun pasportunu qaytarmayıb.
Den.az xəbər verir ki, Ali Məhkəmə sabiq prezidentin ABŞ-a getməsi üçün lazım olan sənədi qaytarmaq tələbinə rədd cavabı verib.
Hakim Alexandre de Moraes, Bolsonaronun cinayət məsuliyyətindən qaçmaq üçün siyasi sığınacaq istəmək imkanlarını nəzərdən keçirdiyini əsas gətirib.
Xatırladaq ki, 2030-cu ilə qədər prezidentliyə namizədliyinə qadağa qoyulan və 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhddə ittiham olunan Bolsonaro 2024-cü ilin fevralında Braziliyanın ən yüksək məhkəməsi tərəfindən pasportundan məhrum edilib. Ölkənin keçmiş prezidenti isə hər hansı qanun pozuntusunu rədd edir.
Qeyd edək ki, 2019-2022-ci illərdə ölkəni idarə edən Bolsonaro keçən həftə Trampın andiçmə mərasiminə dəvət edildiyini açıqlayıb və pasportunun qaytarılmasını tələb edib.
Günəş Fərəh
Den.az
Braziliyanın Ali Məhkəməsi Trampın andiçməsinə getmək üçün prezidentə pasport vermədi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.