ABŞ prezidenti Donald Trump İrandakı vəziyyətə müdaxilə etməyə qərar verib. Bu barədə The Jerusalem Post öz mənbələrinə istinadla yazır.
Nəşrin mənbəsinin sözlərinə görə:
“Əslində Tramp İranda etirazçılara kömək etmək qərarına gəlib. Hələlik bu addımın necə və nə vaxt atılacağına dair yekun qərar verilməyib.”
Bundan əvvəl CNN telekanalı məlumat vermişdi ki, Tramp İrana qarşı mümkün hərbi ssenariləri nəzərdən keçirir. Jurnalistlərin bildirdiyinə görə, son günlərdə Ağ Ev rəhbərinə müdaxilənin müxtəlif variantları təqdim olunub — mümkün zərbələrdən tutmuş, hərbi müdaxilə olmadan təsir mexanizmlərinə qədər.
Məlumatda qeyd olunur ki, bəzi planların əsasında Tehranın güc strukturlarının etirazların yatırılmasında rolu dayanıb.

