Yalnız süni intellekt və robot texnologiyalarının genişmiqyaslı tətbiqi ABŞ-ın dövlət borcu səbəbindən yaxınlaşan maliyyə böhranını dayandıra bilər. Bu fikri amerikalı sahibkar İlon Mask sosial şəbəkə X-də dərc olunan müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, maliyyə çöküşünün qarşısını müəyyən qədər almaq mümkün olsa da, dövlət borcu problemini real şəkildə həll edə biləcək yeganə vasitə məhz süni intellekt və robototexnikadır.
Mask borc vəsaitlərinə xidmət üçün ayrılan nəhəng xərclərlə bağlı narahatlığını da ifadə edib. O vurğulayıb ki, hazırda ABŞ bu məqsədlə hərbi xərclərdən daha çox vəsait ayırır və söhbət bir trilyon dollardan artıq faiz ödənişlərindən gedir.
Dövlət borcu hazırda ağlasığmaz sürətlə yığılır, — deyə İlon Mask qeyd edib.
Milyarder bildirib ki, texnoloji inkişafdan istifadə olunmadan bu tendensiyanı dəyişmək mümkün görünmür.

