İranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında üçüncü raund danışıqlar Cenevrədə start götürüb. Bu barədə Fars News məlumat yayıb.
ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
Xatırladaq ki, danışıqların birinci mərhələsi 6 fevralda Omanda, ikinci raund isə 17 fevralda Cenevrədə keçirilmişdi.
Hazırkı mərhələnin nəticələri tərəflər arasında artan gərginlik fonunda xüsusi diqqət mərkəzindədir.

