Cenevrəyə Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətini daşıyan təyyarə eniş edib.
Bu barədə “İnterfaks”a aviasiya dairələrindən məlumat verilib.
Nümayəndə heyətini Ukrayna nizamlanması üzrə növbəti danışıqlar raundu gözləyir.
Uçuş səkkiz saatdan çox davam edib. Təyyarə Türkiyə, Şərqi Aralıq dənizi və İtaliya üzərindən marşrutla hərəkət edib.

