ABŞ və İran nümayəndə heyətləri yaxın çərşənbə axşamı Cenevrədə nüvə proqramı ilə bağlı növbəti danışıqlar raundunu keçirəcək.
Bu barədə Axios jurnalisti Barak Ravid sosial şəbəkə X-də məlumat verib.
“ABŞ və İranın çərşənbə axşamı Cenevrədə atom məsələsi üzrə ikinci raund danışıqlar aparacağı gözlənilir”, – deyə o, mənbələrə və adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yazıb.
Tərəflər arasında əvvəlki danışıqlar raundu bu qış Omanında baş tutmuşdu.

