İranda hesab edirlər ki, ölkə ABŞ-ın zərbələrinə tab gətirə və nəticədə Vaşinqtonu münaqişəni davam etdirmək istəyindən çəkindirə bilər. Bu barədə The New York Times nəşri Tehrandakı mənbələrə istinadən yazır.
Məlumata görə, bu strategiya “Dəli” (Madman) kod adı ilə hazırlanıb və 12 günlük qarşıdurmadan sonra formalaşdırılıb.
Mənbələrin sözlərinə görə, planın əsas məqsədi ABŞ, İsrail və onların Yaxın Şərqdəki müttəfiqləri üçün hərbi əməliyyatları mümkün qədər baha və çətin etmək idi. Tehrandakı dairələr yeni müharibənin demək olar ki, qaçılmaz olduğunu hesab edirdilər.
Bildirilir ki, İranın keçmiş ali dini lideri Əli Xamenei də öz ölüm ehtimalını nəzərə alaraq xüsusi ssenari hazırlayıb. Sənədə görə, belə bir vəziyyətdə Yaxın Şərqdə sabitliyin pozulması və bunun dünya bazarlarında ciddi dalğalanmalara səbəb olması ehtimalı nəzərdə tutulurdu.

