ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Amerika lideri Donald Trampı İrana zərbə endirməməyə razı salmağa çalışır.
Bu barədə The New York Times yazır.
Nəşrin məlumatına görə, Trampın çərşənbə günü İrana qarşı yeni hədələrlə çıxış etməsindən hələ əvvəl ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Tehrana hərbi zərbənin qarşısının alınmasında israr ediblər. Onların fikrincə, belə bir addım regionda daha genişmiqyaslı münaqişəyə səbəb ola bilər.
Qəzet qeyd edir ki, ABŞ-ın bölgədəki müttəfiqləri artıq bir neçə həftədir gərginliyi azaltmağa çalışırlar.

